Radioelektron vasitələrinin qeydiyyatı

 

                        Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

DÖVLƏT RADİOTEZLİKLƏR İDARƏSİ

Radiotezliklərin ayrılması, radioelektron  vasitələrinin qeydiyyatı

və radiorabitədən istifadənin tənzimlənməsi haqqında

 

 

MÜQAVİLƏ     

 

            Bakı şəhəri                                                                             “___”   ___2011-ci  il

 

                Bu müqavilə Azərbaycan Respublikası Bakı şəhəri, Droqal döngəsi-702 (PDM-nin binası) ünvanında  yerləşən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Nizamnamə əsasında fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsinin (bundan sonra «İcraçı» adlanacaq) rəisi - ilə  _____________________ünvanında yerləşən Nizamnamə əsasında fəaliyyət göstərən ____________________ (bundan sonra «Sifarişçi» adlanacaq) ____________________ arasında imzalanmışdır.

 

1. MÜQAVİLƏNİN MÖVZUSU VƏ MƏQSƏDİ

 

            Bu müqavilə ilə “İcraçı” “Sifarişçi”nin rəsmi müraciətini nəzərə alaraq _______  rabitəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir.

 

2. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ

Sifarişçi:

2.1  radiorabitə şəbəkəsinin yaradılması üçün tələb olunan sənədləri və istifadə olunacaq radiorabitə vasitələrinin təsdiqlənmiş anketlərini təqdim edir;

2.2  radiorabitə şəbəkəsində olan bütün dəyişikliklər haqqında “İcraçı”ya 10 iş günü ərzində məlumat verir

2.3  radiorabitə vasitələrinin istismarı üçün cavabdeh şəxsi təyin edir;

2.4  radiorabitə vasitələrinin istismarına verilən icazəyə riayət edir;

2.5   Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən 23.07.2004-cü ildə təsdiq edilmiş “Radoiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin edir;

2.6  «Sifarişçi» ayrılmış tezliklərdə müəssisə daxili radiorabitə şəbəkəsini qurur, müvafiq qanunlara, qərarlara və qaydalara uyğun xidmət göstərməyinə, “İcraçı” tərəfindən təsdiqlənmiş “Efirdə radiomübadilənin aparılması haqqında” təlimata uyğun işin qurulmasına  zəmanət verir;  

2.7  ona ayrılmış radiotezliklərin 3-cü şəxslərə istifadəyə verilməməsi haqqında öhdəlik götürür.

2.8 radiorabitə şəbəkəsində istifadə olunan bütün avadanlıqlar üçün Rabitə və İnformasiya     Texnologiyaları  Nazirliyinin uyğunluq sertifikatlarının və xüsusi icazələrinin olmasını təmin edir.

  2.9 ayrılmış radiotezliklərdə və şəbəkədə istifadə olunan radiorabitə avadanlıqlarından təyinatı üzrə

       istifadəyə nəzarət üçün «İcraçı»-nın (о cümlədən  Rabitə və İnformasiya Texnologiyaları   

       Nazirliyinin) nümayəndələrinə istənilən vaxt yerində  texniki baxış  keçirilməsi üçün tam şərait

       yaradır və tələb edilən müvafiq sənədləri təqdim edir.

2.10 möhürlənmiş avadanlıqların icraçının icazəsi olmadan möhürünün açılmasına, avadanlığın 

       satılmasına,  verilmə formasından asılı olmayaraq üçüncü şəxsə verilməsinə və yaxud balansdan    

       çıxarılması hallarına yol verilmir.

 

            İcraçı təqdim olunan sənədlərə əsasən:

2.11 radiorabitə şəbəkəsi üçün tezlikləri təyin edir;

2.12 ödənişlər aparıldıqdan sonra 1 il müddətinə radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir;

2.13  ayrılmış tezliklərin və radioelektron vasitələrinin qeydiyyatını aparır;

2.14 radiorabitə şəbəkəsinə təsir edən radiomaneə mənbələrini sifarişçi ilə birgə araşdırır və aşkar         

        edir, yarnma səbəblərini araşdırır aradan qaldırılması üzrə tədbirləri həyata keçirir;

2.15 radiotezliklərdən, çağırış siqnallarından düzgün istifadə olunmasına nəzarət edir;

2.16 qeydiyyatdan keçirilməyən  radioavadanlıqlar DRİ tərəfindən aşkar edilərsə bu halda “Sifarişçi”

      tərəfindən avadanlığın sifarişçinin balansına mədaxil olduğu gündən tarifə uyğun haqqı alınır.

 

2.17 sifarışçi tərəfindən təqdim edilmiş məktub əsasında hər hansı REV-nin istismarı dayandırıldıqda,

       həmin avadanlıqların “Sifarişçi” nin nümayəndəsi ilə möhürlənməsini və anbara təhvil verilməsini

       təmin edir;

2.18 avadanlıqların istismarının dayandırılması və möhürlənməsi “Sifarişçi” tərəfindən öhdəliklərin

       pozulduğu halda da aparılır;

           

  1. HESABLAŞMA QAYDALARI

 

“Sifarişçi” rabitə  vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun  hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər hər iki tərəf təsdiq etdikdən sonra müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda “İcraçı” hər gecikdirilmiş aya görə 0,1% penya ödənilməsini “Sifarişçi”-dən tələb edir.             

 

4. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

           

Tərəflər bu müqavilə üzrə yaranan öhdəliklərinin icra edilməsinə görə Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Müqavilənin öhdəlikləri «Sifarişçi» tərəfindən pozulduqda müqavilə «İcraçı» tərəfindən vaxtından əvvəl ləğv edilə bilər. Bu zaman «İcraçı» vurulmuş ziyanın ödənilməsini «Sifarişçi»-dən tələb edə bilər.

 

5. MÜQAVİLƏNİN MÜDDƏTİ  VƏ LƏĞV OLUNMASI

 

            Müqaviə tərəflərin hər birində 1 nüsxə olmaq şərti  ilə imzalandığı tarixdən 31.12.2011-ci il tarixə qədər müddətində qüvvədədir. Tərəflərdən  biri müqavilənin müddətinin bitməsinə 30 gün qalmış onun ləğv olunması haqqında yazılı təklif verməzsə, müqavilə növbəti illər üçün də qüvvədə qalır. Müqaviləyə əlavə və dəyişiklər tərəflərin razılığı ilə “Razılaşma protokolu” vasitəsi ilə həyata keçirilir.

 

6. FORS MAJOR

 

            6.1 Tərəflər onlardan asılı olmayan bir sıra əlahiddə səbəblərdən, o cümlədən təbii fəlakətlər, müharibə, tətil, dövlət çevrilişi və s. səbəblərdən yaranmış dayanmalar üzündən müqavilədə nəzərdə tutulmuş şərtlərin yerinə yetirilməsindən azad olunurlar.

            6.2 Tərəflər müqavilənin 6.1 bəndinin baş verdiyi təqdirdə təcili olaraq biri digərini xəbərdar etməlidir.

 

7. MÜBAHİSƏLƏRİN HƏLLİ

 

            Tərəflər arasında yaranmış mübahisələr danışıqlar və yuxarı təşkilata müraciət etmək yolu ilə həll edilir. Nəticə olmadıqda mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur.

 

8. TƏRƏFLƏRİN HÜQUQİ  ÜNVANLARI

 

İcraçı: Dövlət Radiotezliklər İdarəsi – AZ1010, Bakı şəh., Droqal döngəsi-702

VÖEN 9900038911 hesab 91015461204201000072 “Azərpoçt”  MMC PFİ

М/h 0137010094944. КОD691011. VÖEN bank 9900037711 SWİFТ AZPOAZ 22

        

 

Sifarişçi:                   ______________________________________

 _____________________________________________________________________

 

  Dövlət Radiotezliklər İdarəsinin rəisi

 

  ___________________-                                     ________________