close
close

3 saylı ERM

3 saylı Efirə Radionəzarət Məntəqəsi Sahil qəsəbəsi, Emin Quliyev, 42b ünvanında yerləşir. Məntəqə 2006-cı ilin əvvəllərindən 4 nəfər mühəndis və elektromexanik heyəti ilə fəaliyyətə başlayıb. Yaponiya istehsalı olan AOR5000A radioqəbulediciləri və SDU5600 spektral analizatorları avadanlıqları ilə 25kHs-3QHs tezlik diapazonunda işləyən anten-fider qurğuları ilə təchiz edilib. Həmçinin məntəqələrə verilmiş avtomaşın radiomonitorinq sisteminin yaradılması üçün məntəqədə TCİ avadanlıqları, radio və televiziya yayımına nəzarət sistemi qurulmuşdur. Efirdə qeyri-qanuni fəaliyyət göstərən şəbəkələrin, maneəçilik törədən faktorların aşkarlanması məntəqənin mühəndisləri tərəfindən daim nəzarətdə saxlanılır. Məntəqədə quraşdırılmış İNFOSPACE proqamı, RF sensor avadanlıqlarının, həmçinin AMS Client proqramının köməyi ilə avtomatlaşdırılmış şəbəkə vasitəsilə efirdə şüalanma mənbəyi təyin edilir. Strim Lap proqramı vasitəsilə Teleradio İB-dən  yayımlanan TV və Radiokanallara nəzarət olunur. ABŞ istehsalı stasionar TCİ avadanlığı ilə 9 Khs – 80 Qhs tezlik diapazonunda qeyri-qanuni fəaliyyət gostərən radiovericilərin yerini xəritədə təyin etmək mümkündür.  Agilent Technologies avadanlığı RF sensor avadanlıqları ilə təchiz edilərək avtomatik rejimdə 10Hs-44QHs diapazonunda loqoperiodik antena vasitəsilə qəbul olunan siqnalların parametrlərini təyin edir.