close
close

Tezliklərin qeydiyyatı

Tezlik nominalının (kanalının) ayrılması üçün hansı mərhələlərdən keçməliyik?

 

İstifadəçi radiotezliklərin ayrılması üçün aşağıdakı mərhələlərdən keçməlidir:

 

 

Birinci mərhələ

 

Radiorabitə vasitələrinin (REV) istifadəsi üçün müvafiq radiotezliklərin ayrılmasına Radiotezliklər üzrə Dövlət Komissiyasından (RTDK) icazə alınmalıdır.

 

Bunun üçün Komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:


-RTDK-ya tezlik nominallarının istifadəsi ilə bağlı ərizə; 


-Şirkətin Şəhadətnaməsinin, Nizamnaməsinin, VÖEN-in surətləri;


-İstifadə olunacaq avadanlıqların texniki göstəriciləri;
 

 

İkinci mərhələ

 

İstifadə olunacaq REV-lərin mülki dövriyyəsinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) xüsusi icazə və uyğunluq sertifikatı alınmalıdır.

 

 Bunun üçün aşağıdakı sənədlər təqdim edilməlidir:


-Hüquqi şəxsin adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növü;


-Ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti; 


-RTDK-nın qərarının surəti;


-Avadanlıqlara mövcud qanunvericiliyə uyğun olaraq verilmiş sertifikatın surəti;


-Saxlanılması üçün nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;


-Radioavadanlığın və onun komplektləşdiricilərinin zavod seriya nömrələri;
 

 

Üçüncü mərhələ

 

Yuxarıda qeyd olunan sənədlər əldə edildikdən sonra, radiotezliyin(lərin) və REV-lərin istismarının sənədləşdirilməsi məqsədilə istifadəçi Dövlət Radiotezliklər İdarəsi ilə  ikitərəfli müqavilə imzalayır. İkitərəfli müqavilə bağlanması üçün tələb olunan sənədlər:


-RTDK-nın qərarının surəti;


-Hüquqi şəxsin nizamnaməsinin (əsasnaməsi) qeydiyyat şəhadətnamələrinin və VÖEN-in surətlər;


-Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti;


-REV-in mülki dövriyyəsinə RİNN tərəfindən verilmiş xüsusi icazənin surəti;


-REV-ə verilmiş uyğunluq sertifikatının surəti;


-REV-in müvafiq qaydada doldurularaq təsdiqlənmiş anket sənədləri; 

 

 

Əldədaşınan radiostansiyalar üçün tezliklərin ayrılması proseduru

 

 

Əldədaşınan radiostansiyalar üçün tezliklərin ayrılması proseduru sadələşdirildi.

 

Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının (Dövlət Komissiyası) sonuncu iclasının qərarına əsasən, bundan sonra PMR 446 analoq və rəqəmsal əldədaşınan radiostansiyaların istifadəsi məqsədilə 446,000-446,100 MHs tezlik zolağından konkret tezlik nominallarının ayrılması, uçotu və həmin tezliklərdə istifadə olunacaq əldədaşınan radiostansiyaların qeydiyyata alınması üçün mövcud qaydalara uyğun olaraq, RİNN-in tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsinə birbaşa olaraq müraciət (fiziki şəxslər üçün məktub forması, hüquqi şəxslər üçün məktub forması) edilməlidir.  

 

Bununla bağlı daha ətraflı məlumat əldə edilməsi üçün Dövlət Komissiyasının sözügedən qərarından çıxarış əlavə olunur.  

 

 

Qeyd edək ki, yeni dəyişikliyə əsasən, tələb olunan sənədlər DRİ-yə təqdim olunduqdan sonra 3 iş günü ərzində tezlik nominallarının ayrılması mümkün olacaqdır.