close
05-11-2022

Zəfər Günü

Dövlət Radiotezliklər İdarəsində 8 noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib. 

Tədbirdə torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbir iştirakçıları şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış Zəfər Gününə gedən yoldan, bu yolda xalqımızın göstərdiyi milli birlikdən, ordumuzun qətiyyətindən və mübarizliyindən söz açıblar. 

Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.