ASİS
Layihənin əsas məqsədi radiotezlik resurslarından istifadənin avtomatlaşdırılması, radiotezliklərin planlaşdırılması, qeydiyyatı, uçotu, radiotezliklərin beynəlxalq koordinasiyası işlərinin səmərəli formada qurulması, göstərilən xidmətlərə nəzarətin operativ qaydada avtomatik həyata keçirilməsi və bu sahədə hesabtlılığın təmin edilməsidir.
Layihə çərçivəsində həm radiotezliklərin planlaşdırılması, qeydiyyatı və uçotu, həm də radiotezlikərin beynəlxalq koordinasiya üzrə işlərin müasir dövrün tələblərinə uyğun avtomatik həyata keçirilməsi, proseslərin izlənilməsi və nəzarəti, müxtəlif radioxidmətlər üzrə radiotezlik spektrindən səmərəli isifadənin təmin edilməsi üzrə proqram təminatı modullarının qurulması və istismarı planlaşdırılır.
ASİS-in tətbiqi nəticəsində radiotezlik idarəçiliyi sahəsində “Big Data”nın formalaşması və “Data Driven” əsaslı idarəetməyə keçid mümkün olacaq, radiotezlik zolaqlarının ayrılması və təyin edilməsi işləri elektronlaşdırılacaq, mərkəzləşdirilmiş vahid elektron məlumat-axtarış bazası, habelə qeydiyyatda olan istifadəçi və radioelektron vasitələrin (REV) vahid reyestri yaradılacaq, REV-lərin Beynəlxalq Telekommunikasiya İttifaqının tələb və tövsiyələrinə uyğun beynəlxalq koordinasiyası təşkil ediləcəkdir. Bununla yanaşı, radiotezlik spektrindən real istifadə vəziyyəti barədə operativ statistik məlumatların əldə edilməsi, interferensiya və digər texniki təhlillərin, proqnoz və statistik hesabatların hazırlanması da ASİS üzərindən mümkün olacaqdır.