close
close

EMU

Radioelektron vasitələrin (REV) elektromaqnit uzlaşması fəaliyyəti REV-lərin qarşılıqlı şəkildə dayanıqlı və maneəsiz fəaliyyətinin təşkili, müxtəlif radioelektron vasitələrin və qurğuların birgə işləməsinə yönəlmiş mühəndislik fəaliyyəti, eləcə də maneəsiz və standartlara uyğun elektromaqnit mühitinin təmin edilməsidir.

 

Əksər dünya ölkələrində radiotezlik ayrılmazdan əvvəl, ərizəçilər müraciət etdikləri radiotezliklərdə istifadəsi nəzərdə tutulan REV-lərin EMU üzrə işlərin icra edilməsi və müvafiq rəyin verilməsi üçün radiotezliklərin istismarını və ona nəzarəti həyata keçirən müvafiq quruma müraciət edirlər. Həmin qurumdan alınmış EMU üzrə rəyə əsasən, radiotezliyin ayrılması üçün müvafiq quruma müraciət edirlər.  

 

Ölkəmizdə də beynəlxalq təcrübəyə əsasən, EMU fəaliyyətinin təmin edilməsi, ərizəçinin müraciəti əsasında hərtərəfli EMU işlərinin icrası, zəruri hallarda isə yerində monitorinq işləri aparılmaqla ətraflı hesabat və müvafiq EMU rəyinin hazırlanması nəzərdə tutulur. Bu işlərin ikitərəfli müqavilə üzrə ödənişli əsaslarla icrası nəzərdə tutulur. Dövlət radiotezliklər İdarəsi tərəfindən EMU sahəsində aşağıdakı üç istiqamətdə müştərilərə xidmətlərin göstərilməsi nəzərdə tutulur:

 

 Müraciət əsasında istifadəsi nəzərdə tutulan REV-lərin EMU mühitinin qiymətləndirilməsi, hesabatların hazırlanması və yekun rəyin verilməsi;

 İstismar olunan REV-lər üzrə radiotezlik şüalanma parametrlərinin və əhatə zonasının radiomonitorinqinin aparılması;

 İstismar olunan və ya planlanan REV-lər üzrə radiotezlik şüalanma parametrlərinin və əhatə zonasının proqram təminatı ilə hesabatının aparılması.

 

Qeyd edək ki, hazırda mövcud prosedurlara əsasən, yeni tezlik ayrılmaları üzrə Radiotezliklər üzrə Dövlət Komissiyasının (RTDK) qərarından öncə, baxılacaq müraciətə dair DRİ tərəfindən RTDK-ya müvafiq texniki imkan barədə rəy təqdim edilir. Bu rəyin hazırlanması üçün müraciət olunan tezlik zolağının ümumi yüklülüyü qiymətləndirilərək ətraflı elektromaqnit uzlaşması hesabatı aparılmadan ümumiləşdirilmiş texniki rəy hazırlanır. Bu isə eyni zamanda texniki imkanlıq olmayan müraciətlərlə RTDK-nın əlavə yüklənməsinə, imkanlıq olan tezlik ayrılmaları zamanı isə əlavə çətinliklərə yol açır və tezlik nominalının təyinatını çətinləşdirir.

 

EMU xidmətlərinin göstərilməsi nəticəsində yeni tezlik təyinatlarında keyfiyyətlilik artacaq, qarşılıqlı interferensaiya və radiomaneələr azalacaqdır.