close
close
17-11-2022

“Şərq Tərəfdaşlığı”nın Tezliklər üzrə Ekspert İşçi Qrupunun növbəti iclası keçirilib

14-15 noyabrda Litvanın Vilnüs şəhərində “Şərq Tərəfdaşlığı”nın Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Tezliklər üzrə Ekspert İşçi Qrupunun 14-cü iclası keçirilib.

 

İclasda 8 ölkədən 30 nəfər, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı, “Ernst&Young” və “WoldDAB” şirkətinin təmsilçiləri iştirak ediblər.

 

Tədbirə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri qatılıb.

 

İclasda “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrdə 700 MHs və 3500 MHs tezlik diapazonlarında yeni nəsil mobil texnologiyaların tətbiqi vəziyyəti, həmin tezlik diapazonları üzrə Avropa ölkələrində görülmüş işlərə dair müzakirələr aparılıb. Eyni zamanda, mobil şəbəkələrin əhatə dairəsinin və ötürmə sürətinin ölçülməsi üzrə təqdimatlar edilib.

 

Həmçinin Azərbaycan Rabitə administrasiyasının təklifinə əsasən DAB Plus rəqəmsal radio yayımının tətbiqi ilə bağlı məsələlər müzakirə olunub və bu istiqamətdə işçi qrupunda işlərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.