Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları ADA Universitetində keçirilən təlimləri uğurla başa vurublar
Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu (IDD) və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən təlim proqramını uğurla başa vurublar.
Nazirlik və tabeli qurumlarında fəaliyyət göstərən peşəkarların potensialının gücləndirilməsi və kadrların fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təşkil olunan səkkiz aylıq intensiv təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Təlim proqramında iştirak edən və proqramı uğurla bitirən yeddi əməkdaşımızı bu münasibətlə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.