close
close
05-05-2024

Dövlət Radiotezliklər İdarəsinin kollektivi “Bakı Marafonu”nda iştirak edib

Dövlət Radiotezliklər İdarəsinin (DRİ) kollektivi Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında  təşkil olunan “Bakı Marafonu”nda iştirak edib. 

 

Start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanı olan marafon 21 kilometrlik məsafəni əhatə edib.

 

Yeddinci dəfə təşkil olunan marafonda DRİ-nin əməkdaşı Türkel Məmmədov uğurlu nəticə göstərərək medalla təltif olunub. 

 

Qeyd edək ki, 2016-cı ildən təşkil olunan “Bakı Marafonu”nun məqsədi idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etməkdir.