close
close
10-07-2024

Dövlət Radiotezliklər İdarəsində cari ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş iclas keçirilib

10 iyulda Dövlət Radiotezliklər İdarəsində (DRİ) struktur bölmə rəhbərlərinin iştirakı ilə 2024-cü ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş iclas keçirilib.

DRİ-nin rəis vəzifəsini icra edən İlham Əhədov çıxışında qurumun yaranmasının 56-cı ildönümü münasibətilə kollektivi təbrik edib.

İlham Əhədov qurumun müxtəlif dövrlərdə fəaliyyəti, inkişaf yolu, bundan sonra da radiotezlik istifadəçilərinə müasir dövrün tələblərinə uyğun olaraq yüksək şəkildə xidmət göstərilməsi istiqamətində görüləcək işlər və layihələrdən bəhs edib.

Daha sonra cari ilin birinci yarımilliyi ərzində görülmüş işlər və həyata keçirilmiş layihələr müzakirəyə çıxarılıb.

İdarənin fəaliyyət sahələri üzrə icra olunmuş işlərlə bağlı təqdimat və hesabatlar əsasında məruzələr dinlənilib.

Sonda rəhbərlik tərəfindən birinci yarımillikdəki fəaliyyətin dəyərləndirilməsi aparılıb. Əldə edilmiş uğurların davamı kimi, növbəti dövr üçün struktur bölmələrə müvafiq tapşırıqlar verilib.