COP29 tədbiri çərçivəsində radioelektron vasitələrin test və etiketlənməsi prosesi və radiomonitorinq işləri davam etdirilir
Bu gün Bakı şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə start verdi.
Tədbir zamanı Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən tədbirin təşkili və işıqlandırılması üçün ayrılmış tezlik nominallarına radiomaneə təsiri hallarının qarşısının alınması məqsədilə radioelektron vasitələrin (REV) istifadəsi üçün təyin edilmiş tezliklərin həmin REV-lərə köklənməsi, REV-lərin test və etiketlənməsi, eləcə də radiomonitorinq işləri aparılıb, mobil rabitə operatorlarının texnologiyalar üzrə siqnallarının əhatə dairəsi və qəbul səviyyələri yoxlanılıb.
Həmçinin tədbir keçirilən məkanda COP29 Azərbaycan Əməliyyat Şirkətinin iştirakı ilə DRİ-nin və İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin mütəxəssisləri tərəfindən COP29-da iştirak edəcək akkreditasiyadan keçmiş xarici media qurumlarının REV-ləri üçün müvafiq tezlik nominalları təyin edilib, REV-lərin test və etiketlənməsi prosesi aparılıb.
Qeyd edək ki, tədbir davam etdiyi günlər ərzində də qeydiyyatı təsdiq edilməyən REV-lərin test və etiketlənməsi prosesi davam etdiriləcək.