Dövlət Radiotezliklər İdarəsi Ümumdünya Radiorabitə Seminarında iştirak edir
2 dekabr tarixindən Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Radiorabitə Seminarı öz işinə başlayıb. BTİ-yə üzv olan ölkələrin nümayəndələrinin iştirak etdiyi seminarda, sahə üzrə Dövlət Radiotezliklər İdarəsinin nümayəndəsi Vüsal Kərimov, həmçinin İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin və Azərkosmosun əməkdaşları iştirak edir.
Tədbir çərçivəsində keçiriləcək plenar iclaslarda radiorabitə xidmətlərinə dair ümumi məsələlər, BTİ Radiorabitə Reqlamentinin tətbiqi və müxtəlif radiorabitə xidmətlərindəki tendensiyalar müzakirə ediləcək. Bundan əlavə, iştirakçılara BTİ-nin məlumatlandırma prosedurları, eləcə də Radiorabitə Bürosu tərəfindən təqdim edilən proqram təminatı, verilənlər bazası və elektron nəşrlərlə bağlı praktiki sessiyalar təşkil olunacaq.
Seminar 6 dekabr tarixinədək davam edəcək.