close
close
04-11-2019

Azərbaycanlı gənclər “Huawei”də təcrübə keçəcək

Azərbaycanlı gənclər “Huawei”də təcrübə keçəcək

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Huawei” şirkəti tərəfindən həyata keçirilən “Seeds For The Future” layihəsinin qalibləri Çinə yola düşüb. Tələbələr “Huawei” şirkətinin baş ofisində təcrübə toplamaq, o cümlədən seminar və təlimlərdə iştirak etmək imkanı qazanıblar.

Ölkəmizdə “Huawei” tərəfindən bir neçə ildir keçirilən bu layihə istedadlı gənclərin aşkar edilməsi və onların gələcəkdə “Huawei” ailəsinin bir hissəsinə çevrilməsində xüsusi rol oynayır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Huawei” şirkətinin nümayəndələrindən ibarət münsiflər heyəti 20 tələbə arasından 10 nəfərini seçərək müsabiqədə iştirak etmələrinə razılıq verib.

Layihənin qalibləri Bəylər Bayramov (ADA), Gülnarə Əliyeva (ADA), Ülvi Mehdiyev (ADA), Lalə Əsgərova (ADA), Leyla Abdulsəməd (ADNSU), Türkan Nəbiyeva (ADNSU), Kamil Əliyev (BMU), Fərid Həmidov (BANM), Tapdıq Məhərrəmli (BANM) və Rəhman Abbaszadə (UNEC) olub.

Ölkəmizdə 2015-ci ildən keçirilən “Seeds For The Future” layihəsi Azərbaycanın istedadlı gənclərinin potensialının üzə çıxarılması baxımından böyük önəm daşıyır.

Ötən 4 il ərzində onlarla azərbaycanlı gənc bu layihədə iştirak edərək, “Huawei” kimi dünya nəhənginin iş üsulları ilə tanış olub, İKT üzrə biliklərini artırıb.