Əməkdaşların peşəkar inkişafına dəstək məqsədilə təlimlər uğurla davam etdirilir
Dövlət Radiotezliklər İdarəsi tərəfindən “TQM Azərbaycan” MMC ilə birgə əməkdaşlıq çərçivəsində əməkdaşların bilik və bacarıqlarının artırılması, eləcə də karyera inkişafına dəstək məqsədilə təşkil olunan təlimlər uğurla davam etdirilir.
Təlimlər İlk tibbi yardım, Dövlət satınalmaları haqqında, Risklərin idarə edilməsi, “Network administrator”, “System administrator”, “ITIL (Information Technology Infrastructure Library)”, Verilənlər bazaları üzrə proqramçılıq (Oracle SQL), İnsan resurslarının idarə edilməsi, Əmək Məcəlləsi və kadr kargüzarlığı, “MS Excel” və Layihələrin idarə edilməsi istiqamətləri üzrə təşkil edilib.
Qurumun illik təlim planına əsasən, 1-ci yarımillikdə müxtəlif sahələr üzrə təşkil olunan təlimlərdə 55 əməkdaş iştirak edib. Təlimlər çərçivəsində əməkdaşlara müvafiq sahələr üzrə təlim planlarına uyğun təqdimatlar edilib, həm nəzəri, həm də praktiki biliklər aşılanıb.
Təlimlər yekunlaşdıqdan sonra DRİ rəhbərliyi və struktur bölmə müdirlərinin iştirakı ilə əməkdaşlara sertifikatların təqdimetmə mərasimi keçirilib. Təlimləri uğurla başa vurmuş əməkdaşlara müxtəlif dərəcələr üzrə sertifikatlar təqdim olunub.