close
close
23-05-2019

Dövlət Radiotezliklər İdarəsi UEFA Avropa Liqasının final oyununa hazırdır

Dövlət Radiotezliklər İdarəsi UEFA Avropa Liqasının final oyununa hazırdır

Ölkəmiz daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək. 2019-cu il may ayının 29-da UEFA Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bununla bağlı müvafiq dövlət qurumları hazırlıq prosesinə başlayıb. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi də final oyununa hazırlıqla bağlı işləri yekunlaşdırmaq üzrədir.

Artıq böyük oyun üçün tələb edilən tezlik nominalları 
dəqiqləşdirilib. Final qarşılaşması zamanı istifadə ediləcək REV-lərin maneəsiz işinin təmin edilməsi məqsədilə Olimpiya Stadionu və ətafında radiomonitorinq işləri aparılır.

Dövlət Radiotezliklər İdarəsi tərəfindən final oyunu zamanı istifadəsi planlaşdırılan radiotezliklər və ayrılmış tezliklərin maneəsiz işinin təmin edilməsi ilə bağlı tədbirlər görülüb.

Xatırladaq ki, tezlik spektrinin kənar müdaxilələrdən qorunması, bu cür genişmiqyaslı tədbirlərin keçirilməsində mühüm komponentdir.