close
close
05-05-2024

Dövlət Radiotezliklər İdarəsinin kollektivi Bakı Marafonunda iştirak edib

Dövlət Radiotezliklər İdarəsinin kollektivi Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında  yeddinci dəfə təşkil olunan Bakı Marafonunda iştirak edib. 

 

Yeddinci dəfə təşkil olunan marafonda DRİ-nin əməkdaşı Türkel Məmmədov uğurlu nəticə göstərərək medalla təltif olunub. 

 

Start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanı olan marafon 21 kilometrlik məsafəni əhatə edib. 

 

2016-cı ildən təşkil olunan Bakı Marafonun məqsədi idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etməkdir.