Dövlət Radiotezliklər İdarəsində Kollektiv Müqavilə imzalanıb
Dövlət Radiotezliklər İdarəsi ilə həmin idarənin Həmkarlar İttifaqı Komitəsi arasında 2022-2024-cü illəri əhatə edəcək “Kollektiv Müqavilə” imzalanıb.
İmzalanma mərasimi ilə bağlı təşkil olunmuş tədbirdə Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb və əməkdaşlara müqavilənin şərtləri barədə ətraflı məlumat verilib.
Müqavilənin imzalanmasında əsas məqsəd Dövlət Radiotezliklər İdarəsi əməkdaşlarının əmək, sosial və iqtisadi hüquqlarının müdafiə olunmasından, eləcə də digər mənafelərinin təmin edilməsindən ibarət olub.