close
close
11-07-2023

Dövlət Radiotezliklər İdarəsi I yarımilin yekunlarına dair müşavirə keçirib

Dövlət Radiotezliklər İdarəsinin Bakı və regional məntəqələri də daxil olmaqla struktur bölmə rəhbərlərinin iştirakı ilə cari ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib. 

 

Müşavirədə çıxış edən Dövlət Radiotezliklər İdarəsinin rəis vəzifəsini icra edən İlham Əhədov ilk olaraq kollektivi idarənin yaranmasının 55 illiyi münasibətilə təbrik edib, qurumun bu illər ərzində keçdiyi inkişaf yolundan bəhs edib. 

 

Daha sonra   qurumun 2023-cü il üzrə prioritet layihələri və hədəfləri əsasında planlanmış işlərinin cari ilin birinci yarısı üzrə icra vəziyyəti geniş müzakirəyə çıxarılıb.

 

Müşavirədə struktur bölmə rəhbərləri hesabat dövründə qarşıya qoyulmuş hədəflərin icra vəziyyəti və görülmüş işlərlə bağlı məruzələrlə çıxış ediblər.

 

Sonda rəhbərlik tərəfindən növbəti dövr ərzində görüləcək işlərlə bağlı struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.