close
close
27-09-2023

27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

Dövlət Radiotezliklər İdarəsində (DRİ) 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.

 

Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxış edənlər cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində qazandığımız şanlı qələbədən, Azərbaycanın artan qüdrətindən, həmçinin dövlətimiz tərəfindən şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək diqqət və qayğıdan söz açıblar.

 

Sonda Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.