close
close
16-09-2019

Qazaxıstanda Regional Rabitə Birliyinin iclası keçirilib

Qazaxıstanda Regional Rabitə Birliyinin iclası keçirilib

Qazaxıstan Respublikasının Almata şəhərində Regional Rabitə Birliyinin (RRB) Radiotezlik Spektrinin Tənzimlənməsi Komissiyasının və komissiyanın işçi qruplarının növbəti iclasları keçirilib.

Tədbirdə ölkəmizi Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, həmçinin Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil edib.

Kommissiyanın iclasında radiorabitə, televiziya və radioyayım üzrə aktual məsələlər, həmçinin Komissiyanın İşçi Qruplarının hesabatları müzakirə olunub. İclas zamanı “Ümumdünya Radiorabitə Konfransı-2019” və “Radiorabitə Assambleyası-2019”-un gündəliyinə salınacaq əsas mövzularla bağlı ümumi təkliflər təsdiq edilib.

İclas iştirakçıları tərəfindən “Ümumdünya Radiorabitə Konfransı-2019” və “Radiorabitə Assambleyası-2019” üzrə RRB-nin nümayəndə heyətləri arasında qarşılıqlı fəaliyyət prinsipləri müəyyənləşdirilib.