close
close
06-12-2023

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib

6 dekabr tarixində Dövlət Radiotezliklər İdarəsində (DRİ) Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibətilə hibrid formada tədbir keçirilib. Tədbirdə Bakı və regional məntəqələr də daxil olmaqla, idarənin struktur bölmə rəhbərləri və mütəxəssisləri iştirak ediblər.

 

Tədbirdə DRİ-nin rəisi vəzifəsini icra edən İlham Əhədov çıxışında ölkəmizin rabitə sahəsinin tarixi, keçdiyi inkişaf yolu və rabitə sahəsinin inkişafına töhfə verən rabitəçilərimizdən danışıb. Həmçinin ölkəmizdə rabitə sahəsində peşəkar kadrların hazırlanmasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən dövlət dəstəyi siyasətindən söz açıb.

 

Qurum rəhbəri ölkəmizin rabitə və informasiya sahəsində böyük uğurlara imza atdığını, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə əməkdaşlıqlar çərçivəsində dünya təcrübəsinin öyrənildiyini və müasir tələblərə uyğun şəkildə peşəkar kadrların hazırlanmasında bir sıra layihələrin həyata keçirildiyini vurğulayıb.

 

Tədbirdə çıxış edən rabitəçilər öz iş təcrübələrindən və fəaliyyətləri zamanı qarşılaşdıqları maraqlı hadisələrdən danışıb və gənc mütəxəssislərə tövsiyələrini veriblər.

 

Sonda rabitə və informasiya sahəsində uzunmüddətli və səmərəli fəaliyyət göstərən, həmçinin sahənin inkişafında peşəkar xidmətləri olan əməkdaşlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunublar.