close
close
23-01-2024

Son 20 ildə radiotezlik spektrinin idarəçiliyi sahəsində radiotezliklərdən istifadə ilə bağlı görülən işlər

Son 20 il ərzində radiospektr idarəçiliyi sahəsində radiotezliklərdən istifadə ilə bağlı müvafiq tezlik zolaqlarının ayrılmasında və istifadəsində şəffaflığın, əlçatanlığın, ədalətli bölgünün və istifadəçi məmnunluğunun təmini məqsədilə bir sıra mühüm tədbirlər görülüb.

 

Respublikada radiokommunikasiya vasitələrindən istifadənin genişləndirilməsi və radiotezlik istifadəçilərinin müraciətlərinə operativ şəkildə baxılması, sahəvi qərar və müvafiq normativ sənədlərin günün tələbatlarına uyğun hazırlanaraq təsdiq edilməsi məqsədilə ölkə başçısının müvafiq Sərəncamına əsasən, Radiotezliklər üzrə Dövlət Komissiyası (RTDK) yeni tərkibdə fəaliyyətə başlayıb.

 

Beynəlxalq standartların və rəqəmsallaşan dünyanın tələblərinə uyğun olaraq radiotezliklərin müddətli ayrılması, istifadəçi müqavilələrinin, inzibati prosedurların və qeydiyyat anketlərinin yenilənməsi üzrə hüquqi baza təkmilləşdirilib, həmçinin istifadəçi məmnuniyyətinin artırılması məqsədilə “Radiomaneələrlə bağlı müraciət” və “Radioelektron vasitələrinin qeydiyyatı və icazə vərəqəsinin verilməsi” xidmətlərinin elektronlaşdırılması təmin edilib.

 

Dövlət dəstəyi sayəsində həyata keçirilən tədbirlər nəticəsində ölkə ərazisində qeydiyyatda olan radiotezlik istifadəçilərinin hüquqları və maraqları təmin edilib və radiotezlik istifadəçilərinin sayı (fiziki və hüquqi şəxslər) 2003-cü ildə qeydiyyatda olan 295 istifadəçidən hazırda 837 istifadəçiyə yüksəlib.