close
close
19-04-2024

Dövlət Radiotezliklər İdarəsində “Rohde & Schwarz” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Dövlət Radiotezliklər İdarəsinin (DRİ) fəaliyyət istiqamətlərinə uyğun sahəvi yeniliklər və həllər çərçivəsində dünyanın sənaye elektronikası üzrə tanınan “Rohde & Schwarz” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə müasir tələbatlara uyğun radiomonitorinqlərin aparılması üçün “Rohde & Schwarz”ın nümayəndələri tərəfindən şirkətin yeni məhsul və həlləri, müxtəlif tipli radioqəbuledici və analizator avadanlıqları, həmçinin müxtəlif proqram təminatları və onların xüsusiyyətləri barədə geniş məlumat verilib və müzakirələr aparılıb.