Dövlət Radiotezliklər İdarəsinin yaranmasının 56-cı ildönümü
Bu gün Dövlət Radiotezliklər İdarəsinin yaranmasının 56-cı ildönümüdür.
1968-ci ildən fəaliyyət göstərən qurum ölkə ərazisində məhdud təbii resurs olan radiotezliklərdən səmərəli və şəffaf şəkildə istifadənin təmin edilməsi işlərini həyata keçirir.
Dövlət Radiotezliklər İdarəsinin yaranmasının 56-cı ildönümü münasibətilə rəhbərlik adından kollektivimizin hər bir üzvünü təbrik edir, sahənin davamlı inkişafı üzrə peşəkar fəaliyyətlərində uğurlar arzulayırıq.
Hər zaman istifadəçi məmnuniyyətini ön planda tutan bir qurum olaraq onları əmin etmək istəyirik ki, layiqli və peşəkar xidmət göstərməklə respublikamızda təmiz radioefir məkanının yaradılması üzrə nəcib missiyamızın həyata keçirilməsi üçün bundan sonra da əzmlə çalışacağıq.