close
close
07-05-2025

Dövlət Radiotezliklər İdarəsində “İlkin tibbi yardım” təlimi keçirilib

Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları üçün “İlkin tibbi yardım” təlimi təşkil olunub. Məqsəd iş yerində baş verə biləcək qəzalar zamanı müvafiq davranış qaydaları və ilkin tibbi yardımla bağlı əməkdaşların maarifləndirilməsi olub.

 

Təlim tibbi yardım komandası gələnə qədər zərərçəkmiş şəxsə müvafiq yardım göstərəcək işçi qrup üçün nəzərdə tutulub. İştirakçılara baş verə biləcək qəzalar zamanı zərərçəkmiş şəxsə süni nəfəsin verilməsi, “Heimlich” manevri, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması, qanaxmanın dayandırılması, şok halları ilə bağlı nəzəri və praktiki məlumatlar verilib. Praktik məşqlər mərhələsində əməkdaşlar qazandıqları bilikləri maneken-mulyaj üzərində nümayiş etdiriblər.

 

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.