close
close
12-11-2019

Azərbaycanda ilk dəfə 5G şəbəkəsi istifadəyə verilib

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" ilk dəfə 5G şəbəkəsinin pilot olaraq Bakının mərkəzində istifadəyə verib.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, şəbəkə ilk olaraq Fəvvarələr meydanını əhatə edib.

Yeni şəbəkənin təqdimatında çıxış edən “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev qeyd edib ki, şirkət bu ilin dekabrın əvvəlindən etibarən 5G şəbəkəsini dəstəkləyən mobil telefonlarının satışına başlayacaq.

 

"Müştərilər bu telefonları əldə edərkən onlara ödənişsiz şəkildə 5G texnologiyasını dəstəkləyən SİM-kartlar da təqdim olunacaq", - deyə V. Mürsəliyev qeyd edib.