close
close
09-09-2021

Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Qazaxıstan tərəfindən həmsədri, ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb.

 

Görüşdə nəqliyyat və İKT sahəsindəki ikitərəfli əməkdaşlığımız müzakirə edilib.

 

Ölkələrimiz üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması üçün dəhliz üzərindəki daşıma tariflərinin unifikasiyası, gömrük prosedurlarının sinxronlaşdırılmasının vacibliyi vurğulanıb.

 

Qeyd edək ki, Baxıt Sultanovun başçılıq etdiyi Qazaxıstan nümayəndə heyəti Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasında iştirak məqsədilə ölkəmizdə səfərdədir.