Minister Rashad Nabiyev met with heads of country’s transport agencies
The meeting was attended by First Deputy Minister of Transport, Communications and High Technologies Ali Abdullayev, Chairman of Azerbaijan Railways CJSC Javid Gurbanov, Chairman of the Board of Directors of Azerbaijan Highway State Agency Saleh Mammadov, Director General of Baku International Sea Trade Port CJSC Taleh Ziyadov, Chairman of Azerbaijan Caspian Shipping CJSC Rauf Veliyev, Vice President of Azerbaijan Airlines CJSC Eldar Hajiyev, Director of the State Maritime Agency under the Ministry of Transport, Communications and High Technologies Gudrat Gurbanov, Director of the State Civil Aviation Agency under the Ministry of Transport, Communications and High Technologies Arif Mammadov.
During the meeting, they discussed the development of the country’s Unified Transport Strategy, as well as the issues that arise from this.
At the same time, the issues of coordinated implementation of projects for the restoration of transport and communication infrastructure in the territories liberated from occupation were discussed.
Rashad Nabiyev said that there is a need for a Unified Transport Strategy to increase the efficiency of transport activities, to harmonize the development strategies of sectoral transport agencies with the overall development strategy of the country and to ensure mutual coordination in the activities of transport agencies.
The Minister noted that this strategy will ensure the absence of discrepancies in the implementation of projects by transport agencies, the elimination of existing difficulties in coordinating the interaction of transport modes, the efficient use of budget funds and land resources.
The meeting participants elaborated on the current state of the country’s transport sector, activities during the pandemic and prospects.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizin nəqliyyat qurumlarının rəhbərləri ilə onlayn formatda görüş keçirib.
Görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov, NRYTN yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov iştirak ediblər.
Görüş zamanı ölkənin Vahid Nəqliyyat Strategiyasının hazırlanması və bundan irəli gələn məsələlərin müzakirəsi aparılıb.
Eyni zamanda, işğaldan azad olunan ərazilərimizdə nəqliyyat və rabitə infrastrukturunun bərpası layihələrinin koordinasiyalı şəkildə icrası məsələləri müzakirə predmeti olub.
Rəşad Nəbiyev nəqliyyat sahəsində fəaliyyətin effektivliyinin artırılması, sahəvi nəqliyyat qurumlarının inkişaf strategiyalarının ölkənin ümumi inkişaf strategiyası ilə uzlaşdırılması və nəqliyyat qurumlarının fəaliyyətində qarşılıqlı ahəngdarlığın təmin edilməsi üçün Vahid Nəqliyyat Strategiyasına ehtiyac olduğunu deyib.
Nazir bildirib ki, bu strategiya nəqliyyat qurumları tərəfindən layihələrin icrasında pərakəndəliyin olmamasını, nəqliyyat növlərinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsində mövcud çətinliklərin aradan qaldırılmasını, büdcə vəsaitlərindən və torpaq fondundan səmərəli istifadəni təmin edəcək.
Görüş iştirakçıları ölkəmizin nəqliyyat sektorunun hazırkı vəziyyəti, pandemiya dövründəki fəaliyyət və perspektivlər haqqında ətraflı danışıblar.