Korporativ görüş
İdarəmizdə korporativ görüşlərə start verildi.
İdarədə korporativ idarəetmə mexanizmini yaratmaq, korporativ sosial məsuliyyəti tətbiq etmək, münasibətləri səmərəli qurmaq, komanda ilə iş prinsipini aşılamaq, etik davranış prosedurlarını mükəmməlləşdirmək üçün hər həftə əməkdaşlar arasında korporativ görüşlərin keçirilməsinə start verildi.
Sonda əməkdaşlar tərəfindən görüşün keçirilməsinə dair sorğu və rəy blankları doldurulur. Həmin rəylər əsasında iş fəaliyyətimizi və görüşlərin keçirilməsini daha da təkmilləşdirməyi düşünürük.
Əməkdaşların korporativ idarəetmə mexanizmlərinin mənimsənilməsi, professional əmək fəaliyyətinin daha da artırılması və iş zəminində yaranan çətinliklərin aradan qaldırılması məqsədilə belə görüşlərin hər həftə keçirilməsi planlaşdırılır.