Suallar və cavablar
Radioelektron vasitələrin (REV) mülki dövriyyəsinə Xüsusi İcazə almaq üçün istifadəçi hansı addımı atmalıdır?
Avadanlıqların mülki dövriyyəsinə Xüsusi İcazə alınması üçün istifadəçi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etməlidir.
Xaricdən alınmış əldə daşınan ratsiya avadanlığının istifadəsini rəsmiləşdirmək üçün hansı prosseslərdən keçməliyik?
Əldə daşınan ratsiya avadanlığını rəsmiləşdirmək üçün prossesləri DRİ-nin saytının müvafiq bölməsindən izləyə bilərsiz.
REV-lərdə radiotezliklərdən istifadə üzrə tariflərlə haradan tanış olmaq olar?
Radiotezliklərdən istifadə üzrə bütün tariflər DRİ-nin saytının müvafiq bölməsində yerləşdirilib.
Rabitə sahəsində hər hansı güzəştlər tətbiq edilirmi?
Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2001-ci il tarixli fərmanına əsasən bütün güzəştlər, o cümlədən rabitə sahəsidə 01.01.2002-ci il tarixindən ləğv olunub.