Fəaliyyətimiz
-Azərbaycan Respublikasına ayrılmış radiotezlik spektrinin qorunması və ondan səmərəli istifadə olunmasının təmin edilməsi;
-Radiotezliklərin və radiotezlik kanallarının hüquqi və fiziki şəxslərin istifadəsinə verilməsi (paylanması);
-Radioelektron vasitələrin (REV) və yüksəktezlikli qurğuların elektromaqnit uzlaşmasının təmin edilməsi;
-Azərbaycan Respublikası ərazisində mülki məqsədlər üçün REV-lərdən istifadə olunmasının planlaşdırılması, bu vasitələr üçün işçi tezliklərinin və çağırış siqnallarının təyin edilməsi və uçota alınması;
-REV-lərin və yüksəktezlikli qurğuların layihələşdirilməsinə, işlənməsinə, istehsalına, alınmasına (başqasına verilməsinə), tikilməsinə (quraşdırılmasına), istismarına və Azərbaycan Respublikası ərazisinə gətirilməsinə aid Respublika Qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi;
-REV-lərin və yüksəktezlikli qurğuların generasiya etdiyi radiotezlik spektrinə nəzarət;
-Radiomonitorinq işlərinin aparılması;
-REV-lərdən və yüksəktezlikli qurğulardan, eləcə də radiotezlik spektrindən qeyri-qanuni istifadə hallarına qarşı mübarizə;
-Mütərəqqi texnologiyanın, yeni texniki vasitələrin və qabaqcıl iş təcrübəsinin öyrənilməsi və tətbiq olunması;
-Respublika ərazisində koordinasiya zonaları hüdudlarında tezliklərdən istifadənin qonşu ölkələrin müvafiq qurumları ilə uzlaşdırılması;