Efirə radionəzarət
Radionəzarət işinin əsas funksiyaları:
-Ərazi üzrə elektromaqnit sahə gərginliyinin və tezlik spektri tərkibinin ölçülməsi;
-Ayrılmış tezlik zolağından istifadə qaydalarına riayət edilməsi;
-Dövlət Radiotezliklər İdarəsində qeydiyyatda olmayan siqnalların aşkarlanması və yerinin təyin edilməsi;
-Radiomonitorinq zamanı kənar yayımların aşkarlanması;
-Radiorabitə təlimatına uyğun efir radio mübadiləsi zamanı qaydaların pozulmasının aşkarlanması;
-Sahə gərginliklərinin uzlaşmalarınının təmin olunması şərtlərinin müəyyənləşdirilməsi;
-Ayrılan tezliklərin istismarına nəzarət olunması;
-İstifadəçiyə ayrılan radiotezlik spektrinin istismara verilməsinə hazırlıq işlərinin görülməsi;
-Bölgələrdə yerləşən məntəqələr tərəfindən xidməti ərazilərdə istismar edilən radioelektron vasitələrə texniki baxış;
-Qeyri-qanuni REV-lərin aşkarlanması və istifadəçilərinə qarşı müvafiq tədbirlərin görülməsi;
-GSM mobil operatorlarına maneə törədən faktorların aşkarlanması və qarşısının alınması.