İnzibati prosedurlar
Radiotezliklərdən istifadə və radioelektron vasitələrin (REV) istismarı üçün administrativ prosedurlar necə aparılır?
Fiziki və hüquqi şəxslərin radiotezliklərdən istifadə və REV-lərin istismarı üçün etdikləri müraciətlərlə bağlı adminsitrativ prosedurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2007-ci il tarixli 22 saylı qərarına müvafiq olaraq tənzimlənir.
Bu prosedurlar Dövlət Radiotezliklər İdarəsi və digər dövlət orqanları tərəfindən həyata keçirilir.
Hüquqi və fiziki şəxslər bu Qaydaların tələblərinin yerinə yetirilməsinə, REV-in radioşüalanma və qəbul üzrə texniki xarakteristikalarının elektromaqnit uzlaşması sahəsində normativ hüquqi və texniki sənədlərə uyğunluğuna görə mövcud qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar.
Administrativ prosedurların siyahısı:
-Radiotezliklərdən istifadəyə icazənin alınması;
-REV-lərin istismarı üçün radiotezlik spektrindən istifadəsinə icazə verilməsi;
-Elektomaqnit şüalanma mənbəyi olan mülki təyinatlı REV-lərin istismarına icazə vərəqəsinin verilməsi;
-Radioşüalanmanın mənbəyi olan REV-lərin və (və ya) mülki təyinatlı yüksəktezlikli avadanlığın qeydiyyatı barədə şəhadətnamənin verilməsi;
-Radiohəvəskarlara icazə vərəqələrinin verilməsi.