close
close

Tarix

Dövlət Radiotezliklər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olmaqla Azərbaycan Respublikası ərazisində mülki məqsədlər üçün  radiotezlik  idarəçiliyini həyata keçirən dövlət təşkilatıdır. Radiotezliklərin, radiotezlik kanallarının hüquqi və fiziki şəxslərin istifadəsinə verilməsi (bölüşdürülməsi), radiotezliklərdən səmərəli istifadə və radioelektron vasitələrin (REV), eləcə də yüksəktezlikli qurğuların elektomaqnit uzlaşmasının təmini, radiotezlik spektrinin qorunması və s. işlər üzrə təşkilati və texniki tədbirlərin həyata keçirilməsi Dövlət Radiotezliklər İdarəsinin fəaliyyətinə daxildir.

 

  • 1968 

10 iyul - Dövlət Radiotezliklər İdarəsi Azərbaycan SSR Nazirlər Sovetinin 342 nömrəli qərarı ilə Bakının "Texniki Radionəzarət Stansiyası" təşkilatının nəzdində fəaliyyət göstərən bir qrup formasında yaradılıb. Əsas funksiyası – radiorabitə xidmətləri üzrə mövcud normativ sənədlərin tələblərinə nəzarət və elektromaqnit sahə gərginliklərinin ölçülməsi olub.
26 sentyabr - Azərbaycan SSRİ Rabitə Nazirliyinin 253 saylı əmri ilə “Texniki Radionəzarət Stansiyası”nın strukturu təsdiq edilib.

 

  • 1977 

Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin qərarı və Rabitə Nazirliyinin əmri ilə nazirliyin tərkibində "Dövlət Elektrik Rabitə Müfəttişliyi" yaradılıb.

 

  • 1979

“Texniki Radionəzarət Stansiyası” “Dövlət Elektrik Rabitə Müfəttişliyi”-nin tabeliyinə verilib.

 

  • 1988 

05 noyabr - Rabitə Nazirliyinin əmri ilə «Texniki Radionəzarət Stansiyası» bazasında «Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi» yaradılıb.

 

  • 1998 

09 iyul - Ədliyyə Nazirliyinin D-213B saylı Şəhadətnaməsi ilə Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi “Dövlət Radiotezliklər İdarəsi” adı ilə dövlət qeydiyyatına alınıb. 

 

  •  2004

Gəncə, Mаsаllı və Qəbələ şəhərlərində Efirə Radionəzarət Məntəqələri  istismara buraxılıb.

 

  •  2005

Şirvan və Qubа şəhərlərində Efirə Radionəzarət Məntəqələri  istismara buraxılıb.

 

  •  2007

Qazax, Astara, Beyləqan və Zaqatala şəhərlərində Efirə Radionəzarət Məntəqələri  istismara buraxılıb.

 

  • 2007 

01 fevral - AR-nın Nazirlər Kabineti “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin olunması Qaydaları”nın təsdiq edilməsi haqqında 22 saylı Qərar qəbul edilib. 

 

  •  2007 

Noyabr - Cenevrə şəhərində keçirilmiş ÜRK-2007 Konfransında Azərbaycan Avropa Yayım Zonasına qəbul edilib.

 

  • 2007

Cеnеvrə şəhərində kеçirilən ÜRK-2007 kоnfrаnsındа Аzərbаycаn-Аvrоpа yаyım zоnаsınа qəbul еdilib və Rаdiоtеzliklər Cədvəlində tеzliklərin rаdiохidmətlər аrаsındа bölünməsində dəyişikliklər еdilməsi nəzərə аlınıb, rəqəmsаl yаyımа kеçidlə əlаqədаr qоnşu dövlətlərlə kаnаllаrın rаzılаşdırılmаsı, bölüşdürülməsi və kооrdinаsiyаsı ilə əlаqədаr işlər həyаtа kеçirilib.

 

  • 2007

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 avqust tarixli Fərmanına uyğun olaraq  tezlik resurslarından istifadənin təkmilləşdirilməsi məqsədilə DRİ-nin strukturunda RTDK-nın katibliyi yaradılıb.

 

  • 2008

Bakıda Radiotezliklərin İdarə olunması üzrə işçi qrupun 64-cü toplantısı keçirilib.

 

  • 2014

Dövlət Radiotezliklər İdarəsinin Gəncə Efirə Radionəzarət məntəqəsi üçün müasir tələblərə uyğun yeni binanın tikintisi başa çatdırılıb və açılışı olub.

 

  • 2018

Dövlət Radiotezliklər İdarəsi “Bakutel - 2018” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində ən yeni informasiya kommunikasiya texnologiyalarının ölkədə tətbiqinə şərait yaradılması üçün müasir radio monitorinq, mobil rabitə xidmətlərinin müqayisəli analizi və s. bu kimi sistem və texnologiyalarını sərgiləyib.