İlham Cankişi oğlu Əhədov
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəis müavini Rəis vəzifəsini icra edən
1964-cü ildə anadan olub.
1981-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Radiorabitə və radioyayım” fakültəsinə daxil olmuş, 1982-ci ildə 1-ci kursu müvəffəqiyyətlə bitirərək Moskva Elektrotexniki Rabitə İnstitutunun 2-ci kursuna eyni ixtisas üzrə oxumağa göndərilmiş və 1986-cı ildə həmin İnstitutu bitirərək radiorabitə və radioyayım mühəndisi ixtisasına yiyələnmişdir.
2006-cı ildə “Televiziya yayım sistemlərində tezlik və informasiya effektivliklərinin artırılmasının metod və vasitələri” mövzusunda dissertasiya işi müdafiə edib və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
1986-cı ildən Respublika Radioteleviziya Ötürücü Mərkəzinin (indiki "Teleradio” İB) İstehsalat laboratoriyasında əmək fəaliyyətinə başlamış, 1992-ci ilədək həmin müəssisədə müxtəlif strukturlarda mühəndis vəzifələrində çalışmışdır.
1992-2000-ci illərdə Rabitə Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışmışdır.
2000-2004-cü illərdə Rabitə Nazirliyinin “Teleradio” İB-nin baş mühəndisi, 2004-2007-ci illərdə isə həmin Birliyin Baş direktoru vəzifəsində çalışmışdır.
2007-2015-ci illərdə “Azercell Telecom” MMC-nin subpodratçı şirkətləri olan V.İ.E.R. MMC-nin İcraçı direktoru vəzifəsində, 2016-2017-ci illərdə “SMARTKOM” MMC-nin Baş mühəndisi vəzifəsində çalışmışdır.
2007-ci ildən indiyədək Azərbaycan Texniki Universitetinin müxtəlif kafedralarında baş müəllim kimi fəaliyyət göstərmişdir.
2021–ci ilin fevral ayindan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində məsləhətçi, həmin ilin sentyabr ayından isə Rəis müavini vəzifəsində çalışır.
Yeni texnika və texnologiyanın tətbiqi, quraşdırılması və istismarı sahəsində çoxlu sayda səmərələşdirici təkliflərin, 2 tədris vəsaitinin, 5 kitabın, 16 elmi məqalənin və 5 elmi məruzənin müəllifidir.
2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2022-ci ilin 18 oktyabr tarixindən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müvafiq əmri əsasında Dövlət Radiotezliklər İdarəsinin rəisinin səlahiyyətlərini icra edir.
Rus və ingilis dillərini bilir.
Ailəlidir.
Vüsal Rəvan oğlu Kərimov
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəis müavini
1981-ci ildə anadan olub.
1998-2002-ci illərdə Azərbaycan Texniki Universitetində təhsil alaraq "Radiotexnika və Rabitə” fakultəsinin “Çoxkanallı Telekommunikasiya Sistemləri” ixtisası üzrə bakalavr dərəcəsi almışdır.
2002-2004-cü illərdə Azərbaycan Texniki Universitetində “Radiotexnika və Rabitə” fakultəsinin “Çoxkanallı Telekommunikasiya Sistemləri” ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi almışdır.
2019-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda “Çoxxidmətli rabitə şəbəkələrində informasiya effektivliyinin və kriptomühafizənin tətqiqi üçün model və metodun işlənməsi” mövzusu üzrə dissertasiya işi üzərində çalışır.
Azərbaycan, Türkiyə, Rusiya və Çin Xalq Respublikalarında Telekommunikasiya sahələri üzrə təşkil olunmuş təlim-tədris kurslarında iştirak etmiş və sertifikatlar əldə etmişdir.
2004-2011-ci illər ərzində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyində müxtəlif vəzifələrdə çalışmışdır.
2011-2016-cı illər ərzində “Azertelecom” MMC-də müxtəlif vəzifələrdə çalışmışdır.
2016-2021-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “AzİnTelecom” MMC-də müxtəlif vəzifələrdə çalışmışdır.
12 aprel 2021-ci il tarixindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi, 10 sentyabr 2021-ci il tarixindən isə rəis müavini vəzifəsində çalışır.
2021-ci ildə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq əmri ilə “Rabitə Ustası” fəxri adı verilmişdir.
Rus və ingilis dillərini bilir.
Ailəlidir.