close
close

Radioelektron vasitələrin qeydiyyatı və anketlər

Ayrılmış tezlikdə istifadə olunacaq avadanlıqların mülki dövriyyəsinə Xüsusi İcazə alınması üçün istifadəçi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) müraciət edir. Xüsusi icazə alındıqdan sonra Dövlət Radiotezliklər İdarəsi ilə tezlik istifadəçisi arasında Radioelektron vasitələrin (REV) istismarının sənədləşdirilməsi məqsədilə qarşılıqlı müqavilə imzalanır. Şəbəkədə istifadə olunacaq avadanlıqlara mövcud tariflərə əsasən ödəniş edildikdən sonra İcazə Vərəqəsi verilir.

 

REV-ləri qeydiyyatdan keçirmək üçün avadanlıqların texniki göstəricilərinə uyğun olaraq aşağıdakı anket formalarından istifadə olunur:

 

1.  Baza stansiyası üçün anket forması (qrup halında) 


2.  Baza stansiyasl üçün anket forması


3.  Gəmi  radioabitə avadanlıqları üçün anket forması 


4.  Peyk telefonu üçün anket forması 


5.  Radio yayım ötürücüsü üçün anket forması


6.  Radiostansiya üçün anket forması


7.  RRX üçün anket forması (qrup formasında)


8.  RRX üçün anket forması

 

9.  Səyyar peyk terminalı üçün anket forması    


10. Televiziya yayım ötürücü üçün anket forması

 

11. Yerüstü peyk stansiyası üçün anket forması

 

12. PMR 446 üçün anket forması