close
close

Tezliklərdən istifadə

Dövlət Radiotezliklər İdarəsi radiotezliklərdən istifadə etmək istəyən fiziki və hüquqi şəxslərə, həmçinin idarə, müəssisə və təşkilatlara tezliklərdən istifadə xidmətlərini göstərir. 

Tezlik istifadəçiləri bu xidmətlərdən istifadə etmək üçün öncə Radiotezliklər üzrə Dövlət Komissiyasından (RTDK) icazə almalıdırlar. Bu icazələr Nazirlər Kabinetinin 01.02.2007-ci il tarixli 22 saylı Qərarına əsasən tənzimlənir. 
Təqdim edilən sənədlərə RTDK-nın müvafiq iclasında baxılır. Tərtib olunan protokolun qərarına uyğun olaraq ayrılan tezlik diapazonundan konkret tezlik ayrılması üçün 10 gün müddətinə Dövlət Radiotezliklər İdarəsinə müraciət etməsi tələb olunur.
İstifadəçi RTDK-nın qərarı ilə Dövlət Radiotezliklər İdarəsinə müraciət etdikdən sonra, Dövlət Radiotezliklər İdarəsi tərəfindən konkret tezlik ayrılır. Ayrılmış tezlikdə istifadə olunacaq avadanlıqların qeydiyyata alınması üçün anket sənədləri və digər tələb olunan sənədləri Dövlət Radiotezliklər İdarəsinə təqdim edir. 
Eyni zamanda qeyd olunan avadanlıqların mülki dövriyyəsinə Xüsusi İcazə alınması üçün istifadəçi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) müraciət edir. Xüsusi icazə alındıqdan sonra Dövlət Radiotezliklər İdarəsi ilə tezlik istifadəçi arasında radioelektron vasitələrin (REV) istismarının sənədləşdirilməsi məqsədilə qarşılıqlı müqavilə imzalanır. Şəbəkədə istifadə olunacaq avadanlıqlara mövcud tariflərə əsasən ödəniş edildikdən sonra İcazə Vərəqəsi verilir.