Tezliklərin qeydiyyatı
Tezlik nominalının (kanalının) ayrılması üçün hansı mərhələlərdən keçməliyik?
İstifadəçi radiotezliklərin ayrılması üçün aşağıdakı mərhələlərdən keçməlidir:
Birinci mərhələ
Radiorabitə vasitələrinin (REV) istifadəsi üçün müvafiq radiotezliklərin ayrılmasına Radiotezliklər üzrə Dövlət Komissiyasından (RTDK) icazə alınmalıdır.
Bunun üçün Komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:
-RTDK-ya tezlik nominallarının istifadəsi ilə bağlı ərizə;
-Şirkətin Şəhadətnaməsinin, Nizamnaməsinin, VÖEN-in surətləri;
-İstifadə olunacaq avadanlıqların texniki göstəriciləri;
İkinci mərhələ
İstifadə olunacaq REV-lərin mülki dövriyyəsinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) xüsusi icazə və uyğunluq sertifikatı alınmalıdır.
Bunun üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
-Hüquqi şəxsin adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növü;
-Ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti;
-RTDK-nın qərarının surəti;
-Avadanlıqlara mövcud qanunvericiliyə uyğun olaraq verilmiş sertifikatın surəti;
-Saxlanılması üçün nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;
-Radioavadanlığın və onun komplektləşdiricilərinin zavod seriya nömrələri;
Üçüncü mərhələ
Yuxarıda qeyd olunan sənədlər əldə edildikdən sonra, radiotezliyin(lərin) və REV-lərin istismarının sənədləşdirilməsi məqsədilə istifadəçi Dövlət Radiotezliklər İdarəsi ilə ikitərəfli müqavilə imzalayır. İkitərəfli müqavilə bağlanması üçün tələb olunan sənədlər:
-RTDK-nın qərarının surəti;
-Hüquqi şəxsin nizamnaməsinin (əsasnaməsi) qeydiyyat şəhadətnamələrinin və VÖEN-in surətlər;
-Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
-REV-in mülki dövriyyəsinə RİNN tərəfindən verilmiş xüsusi icazənin surəti;
-REV-ə verilmiş uyğunluq sertifikatının surəti;
-REV-in müvafiq qaydada doldurularaq təsdiqlənmiş anket sənədləri;