close
close

Beynəlxalq əməkdaşlıq

Dövlət Radiotezliklər İdarəsi telekommunikasiya və radiotezliklər sahəsində beynəlxalq təşkilatlar və onların nümayəndələri ilə sıx əməkdaşlıq edir. İdarə Respublikada mülki məqsədlər üçün qurulan və qurulması planlaşdırılan radiorabitə şəbəkələrini qonşu dövlətlərlə razılaşdırır və koordinasiya edir, onların Beynəlxalq Telekommunkiasiya İttifaqında qeydiyyatını təmin edir. Telekommunikasiya, radiorabitə və simsiz rabitə sahələrində adları aşağıda qeyd olunan beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir:

 

  • Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)

BTİ - beynəlxalq telekomunikasiyanın nizamlanmasına, standartlaşdırılmasına, uzlaşdırılmasına və inkişafına, həmçinin telekommunikasiya sahəsində dövlətlərin siyasətinin uzlaşdırılmasına cavabdehdir.

 

  •  Regional Rabitə Birliyi (RRB)

RRB - Rabitə sahəsində regional əməkdaşlıq təşkilatıdır və məqsədi Radiorabitə sahəsində hərtərəfli əməkdaşlıq və üzv dövlətlər ilə razılaşmış tədbirlərin keçirilməsidir.

 

  •   Poçt və Rabitə Administrasiyalarının Avropa Konfransı (CEPT) 

CEPT - fəaliyyəti kommersiya, tənzimləmə, işçi və texniki standartlaşma məsələləri üzrə əməkdaşlığı əhatə edir.