Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qəhrəmanlarımızın məşğulluğuna dəstək oldu
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılmış “Məşğulluq marafonu”na Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də qoşulub.
Nazirliyin tabeliyindəki qurumlarda dövlət qulluğu vəzifəsi hesab edilməyən 25 vəzifə üzrə 196 vakansiya elan edilib və bu prosesin davam etdirilməsi nəzərdə tutulur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər görülür.
Bununla da Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və sağlamlıqlarını qurban vermiş qazilərimizin rifahına, o cümlədən məşğulluğunun təminatına dəstək verilməsi sahəsində dövlətimizin gördüyü çoxsaylı işlərə kiçik də olsa töhfə verməyə çalışırıq.
Gəlin “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!”