close
close
29-07-2021

Nazir Rəşad Nəbiyev Çinin ölkəmizdəki səfiri ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min arasında görüş keçirilib.

 

Görüşdə ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, tranzit marşrutu üzrə hərəkət edən Çin-Avropa yük ekspresinin effektivliyinin artırılması, eləcə də nəqliyyat sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair müzakirə aparılıb.

 

Eyni zamanda, poçt sahəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə predmeti olub.

 

Görüş zamanı Çin şirkətlərinin süni intellekt və digər böyük məlumatlar (big data) texnologiyaları sahəsindəki təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlığın qurulmasında maraqlı olduğumuz diqqətə çatdırılıb.

 

Səfir Qo Min Çinin həm nəqliyyat, həm də İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə, o cümlədən Çin-Avropa marşrutunda ölkəmizin tranzit imkanlarının gücləndirilməsini dəstəkləməyə hazır olduğunu bildirib.