close
close
18-04-2019

Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində 26-cı "TİBO-2019” sərgi-forumunda iştirak edib.

Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində 26-cı telekommunikasiya, rabitə, təhlükəsizlik və informasiya texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq "TİBO-2019” sərgi-forumunda iştirak edib.

 

Sərgi-foruma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi, "Aztelekom”, "Baktelekom”, Dövlət Radiotezliklər İdarəsi, "AzInTelecom”, "Azərmarka”, Yüksək Texnologiyalar Parkının nümayəndələri qatılıblar və bir çox görüşlər keçiriblər.

 

Belə görüşlərdən birində Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı elektron imzaların tanınması üçün Etibarlı Üçüncü Tərəf sisteminin yaradılması və elektron sənədlərin mübadiləsi üzrə müzakirələr aparılıb.

 

Görüş Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, digər tərəfdən isə Belarusun Milli Elektron Xidmətləri Mərkəzi, Milli Sertifikatlaşdırma Mərkəzi, "AVESTA" şirkəti, Notarial Palata və Operativ-Analitik Mərkəzi olmaqla  baş tutub.