close
close
07-10-2021

Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli protokol imzalanıb

Türkiyədə keçirilən beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurası çərçivəsində təşkil olunmuş toplantıda Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi üzrə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

 

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli görüşün protokolu imzalanıb.

 

Protokolu imzalayan tərəflər layihənin fəaliyyətini qiymətləndirib, dəmir yolu xətti üzərindən tranzit yükdaşımaları üçün sərf olunan vaxtın azaldılmasının vacibliyini ifadə edib, bütövlükdə Bakı-Tbilisi-Qars layihəsinin səmərəliliyinin artırılmasının əhəmiyyətini vurğulayıblar.

 

Qeyd edək ki, beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurasında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.