close
close
05-11-2021

Dövlət Radiotezliklər İdarəsində Zəfər Günü qeyd olunub.

Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərancamına əsasən, hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir.

Bu gün şanlı tariximizə qızıl hərflərlə yazılmış Zəfər Gününü qeyd etmək üçün Dövlət Radiotezliklər İdarəsində tədbir keçirıldi.

Tədbirin əvvəlində Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Çıxışlar zamanı qeyd edildi ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altında olan ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, qüdrətini və mübariz xalq olduğunu nümayiş etdirdi.

Sonda şəhidlərimizin xatirəsinə həsr olunmuş video çarx nümayiş etdirildi.