close
close
30-11-2021

Milli Gimnastika Arenası yenidən beynəlxalq yarışa ev sahibliyi edib

Noyabrın 18 – 21-də batut gimnastikası üzrə 35-ci Dünya çempionatı, ayın 25 – 28-də isə bu növ üzrə 28-ci Dünya yaş qrupları yarışları keçirilib.

 

Radioelektron vasitələrin maneəsiz işinin təmin edilməsi və tezlik spektrinin kənar müdaxilələrdən qorunması, bu cür genişmiqyaslı tədbirlərin keçirilməsində mühüm komponentdir. Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən yarışlar zamanı Milli Gimnastika Arenasında və ətraf ərazilərdə müvafiq radiotezlik zolaqlarında radiomonitorinq işləri aparılıb.

 

Habelə yarışların keçirilməsi zamanı istifadə edilən bütün radioelektron vasitələrinin verilmiş icazə şərtlərinə uyğunluğu test edilib və istismarına icazə verilib.

 

 

Görülmüş müvafiq qabaqlayıcı texniki tədbirlər nəticəsində yarışlar zamanı istifadə edilən radioelektron vasitələrin maneəsiz işinin təşkili işləri yüksək səviyyədə təmin edilib.