close
close
03-12-2021

Dövlət Radiotezliklər İdarəsində “İlin peşəkar gənci” müsabiqəsi qalibinin mükafatlandırılması mərasimi keçirilib.

Bu gün Dövlət Radiotezliklər İdarəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin təşkilatçılığı ilə baş tutmuş “İlin peşəkar gənci” müsabiqəsi qalibinin mükafatlandırılması mərasimi keçirilib.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqının qərarlarına əsasən əmək, peşəkarlıq səviyyəsinin artırılması, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi və iş fəaliyyətində motivasiyanın gücləndirilməsi məqsədilə keçirilən müsabiqədə İdarənin İnformasiya və şəbəkə texnologiyaları şöbəsinin əməkdaşı Musayev Orxan “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.

 

 

Tədbirdə Orxan Musayevə fəxri diplom, vəsiqə və döş nişanı təqdim olunub.