close
close
10-12-2021

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ən fəal dövlət orqanı seçilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Ən fəal dövlət orqanı” seçilib.

 

Nazirlik sentyabr – noyabr 2021-ci il üzrə Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərini operativ şəkildə həll etdiyi üçün təltif olunub.

 

Qeyd edək ki, Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Təşkilatlarının (ECSOFT) layihəsi çərçivəsində pilot olaraq icra edilir. Layihənin məqsədi ictimaiyyəti narahat edən bir sıra məsələlərə dair vətəndaşlardan video və ya foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır. 

 

Məlumat üçün bildirək ki, bundan öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə iyun – avqust 2021-ci il üzrə Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq çərçivəsində vətəndaş müraciətlərini həll etməkdə göstərdiyi köməkliyə görə təşəkkür sertifikatı təqdim olunmuşdu.