close
close
08-01-2022

Təltif olunan rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib

6 dekabr  - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibətilə cənab​ Prezident​ İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş şəxslərə rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyev tərəfindən dövlət mükafatları təqdim olunub.

 

Dövlət mükafatı ilə təltif edilən hər kəsi, o cümlədən Dövlət Radiotezliklər İdarəsinin rəis müavini Əhədov İlhamı və Radiotezliklər üzrə Dövlət Komissiyasının katibi Rəcəbov Azadı təbrik edirik və fəaliyyətlərində uğurlar arzulayırıq.