close
close
25-04-2022

Bədii gimnastika üzrə dünya kuboku yarışları yekunlaşdı

22-24 aprel 2022-ci il tarixlərində Azərbaycan bədii gimnastika üzrə növbəti dəfə dünya kuboku yarışlarına ev sahibliyi etdi. 

 

Milli Gimnastika Arenasında təşkil olunan və bədii gimnastika üzrə 33 ölkə gimnastının iştirakı ilə keçirilən doqquzuncu dünya kubokunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən yarışlar zamanı istifadə edilmiş radioelektron vasitələrin işinə və istifadə edilən tezlik nominallarına radionəzarətin aparılması təmin edilmişdir. 

 

Görülmüş qabaqlayıcı tədbirlər və yüksək səviyyədə aparılan radiomonitorinq işləri sayəsində yarışlar zamanı istifadə edilən radioelektron vasitələrin maneəsiz işi təşkil olunmuşdur.