close
close
26-05-2022

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına start verildi

Bu gün Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına start verildi.

 

Festival ilə əlaqədar olaraq Dövlət Radiotezliklər İdarəsinin radiomonitorinq qrupları tərəfindən regionun ən böyük tədbiri - “TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi “Baku Crystal Hall” və Dənizkənarı bulvarda radiomonitorinq işlərinin aparılması və radioelektron vasitələrin maneəsiz istifadəsinin təşkili üzrə intensiv işlərə başlanılmışdır. 

 

Komandamıza bu çətin və məsuliyyətli işdə uğurlar arzulayırıq.